Bölgə təmsilçisini çalışdıracaq

Futbol üzrə I liqa təmsilçisi “Şamaxı”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Allsport.az xəbər verir ki, komandaya Ramiz Məmmədov başçılıq edəcək.

O, baş məşqçi vəzifəsində ötən həftə istefa verən Vüqar Əsgərlini əvəz edib. Klubun idarə heyətinin sədr müavini vəzifəsini tutan Ramiz Məmmədov mövsümün sonuna kimi komandamızın baş məşqçisi kimi də fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Şamaxı” I liqada 9 turdan sonra 15 xalla 4-cü pillədə qərarlaşıb. Komandanın qarşısında ötən mövsümdə tərk etdiyi premyer liqaya qayıtmaq vəzifəsi qoyulub.

Həmin kateqoriyadan