Bölgə təmsilçisinin yubiley oyunu

“Turan Tovuz” Azərbaycan çempionatlarında 50-ci oyununu keçirib.

Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının XIV turuna təsadüf edib.

Qərblilər səfərdə “Qəbələ”yə 0:4 hesabı ilə uduzub.

Premyer liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi bu müddətdə 14 qələbə, 12 heç-heçə və 24 məğlubiyyət ilə yadda qalıblar. 50 matçda 57 qol vuran komanda qapısında 71 top görüb.

Premyer liqada “Turan Tovuz” Ayxan Abbasovun başçılığı ilə 50-ci çempionat görüşünü keçirib. “Turan Tovuz” evdə 24, səfərdə 26 qarşılaşmaya çıxıb.
Bölgə təmsilçisi ölkə çempionatında 50 və daha çox matç keçirən 46-cı komandadır.

Qeyd edək ki, yalnız bir baş məşqçinin rəhbərliyi altında çıxış edən “Turan Tovuz” 14 oyundan sonar 15 xalla turnir cədvəlində 8-ci pillədədir.

Həmin kateqoriyadan