“Böyük fasilədən sonra nəsə demək düzgün deyil”

“Sabah”ın baş məşqçisi Jelko Sopiç bu gün “Zirə”yə qarşı yoxlama oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, xorvat mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri görüşlə bağlı bunu söyləyib:

“Adi yoxlama oyunu idi. Matçın ilk 30 dəqiqəsində hava çox isti idi ki, bu da, hər iki komandaya çətinlik yaradırdı. Qarşılaşmada futbolçuların əksəriyyətinə şans verdim.

Bəzi oyunçularda səhvlər var idi. Ancaq onlara irad tutmaq istəmirəm. Fikrimcə, böyük fasilədən sonra onlara nəsə demək düzgün deyil. Yoldaşlıq görüşü idi, nəticə önəmli deyildi”.

Həmin kateqoriyadan