“Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdamın işğaldan azad olunması barədə fikirini bildirib. Allsport.az saytı xəbər verir ki, o, böyük qürurla doğma şəhərdə keçirəcəkləri ilk oyunu gözlədiklərini söyləyib:

“Bu gün bizim üçün çox böyük gündür. İllərdi həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam  şəhəri artıq bu gün işğaldan azad olunur.

İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırov və digər şəhidlərimizin ruhu şaddır. Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik.

Bir daha başda cənab ali baş komandan olmaqla, ordumuza bizə bu hissləri yaşatdığı üçün təşəkkür edirəm”.

Həmin kateqoriyadan