Böyükağa Hacıyev AFFA-nın baş katibinin “Neftçidə”ki adamının “bostanına daş atıb”

“Görünən kəndə nə bələdçi? “Neftçi”nin durumu göz qabağındadır. Ancaq bu gün “Neftçi”də başqa baş məşqçi və məşqçilər var. Buna görə də komandanın nəticlərinə onlar cavab verməlidir”. Allsport.az saytı xəbər verir ki, bu sözü AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

Sabiq komandasının bu vəziyyətə düşəcəyini əvvəlcədən proqnozlaşdırdığını bildirən mütəxəssis, çıxış yolları haqda danışmaq istəməyib: “Mənim çalışdığım dövrdəki “Neftçi” ilə indiki “Neftçi” arasındakı fərqi görürsünüz. Bu gün kiminsə bostanına daş atmaq istəmirəm.

İndi o klubda Əsgər Abdullayev, Vəli Qasımov və Səməd Qurbanov kimi şəxslər çalışır. Onlarda da futbolu az bilmir. Çıxış yolunu bilsəm də, demərəm. Özləri bilərlər. O dövrdə demişdim ki, mən “Neftçi”dən gedəndən 5-6 ay sonra klubun vəziyyətinə bir yerdə baxarıq. Nə demişəmsə, hamısı zamanla olacaq”.

Həmin kateqoriyadan