- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Bu gün AFFA intizam komitəsinin növbəti iclası olub. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra premyer liqanın 4-cü turunda qeydə alınmış neqativ hallarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Sumqayıt” – “Zirə” görüşündə hər 2 klubun bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsi onlara 800 manatlıq cərimə bahasına başa gəlib.
“Sabah” – “Qəbələ” matçında hər 2 tərəfin 4 futbolçusu sarı vərəqə alıb və bu üzdən klublar 800 manat cərimə olunub. “Keşlə” – “Səbail” qarşılaşmasında da eyni hal yaşanıb. Həm 2 tərəf 800 manat cərimələnib.
“Qarabağ” – “Neftçi” oyununda isə ev sahiblərinin rəsmi şəxslərinin “A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə olunub.