Braziliya millisi Ançelottiyə həvalə olunacaq?

Allsport.az-un məlumatına görə, Braziliya futbol assosiasiyasının prezidenti Ednaldo Fernandes bildirib ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti hələ də Braziliya millisinə rəhbərlik edə bilər.

“İrəliləyiş əldə edilir. Mayın 25-nə qədər vəziyyəti daha aydın başa düşməyə çalışırıq. Bu, növbəti komanda toplanışı üçün təyin olunmuş tarixdir” – deyə Fernandes deyib.

Titenin istefasından sonra Braziliya millisinin baş məşqçi postuna əsas namizəd Ançelottidir.

Həmin kateqoriyadan