“”Brentford” standart vəziyyətlərdə çox təhlükəlidir”

Allsport.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola premyer liqanın 23-cü turunun matçında “Brentford” üzərində qazanılan qələbəni (3:1) şərh edib:

“Çox imkanımız oldu. Onların qapıçısı möhtəşəm oynadı. “Brentford” standart vəziyyətlərdə çox təhlükəlidir. Belə matçlarda cinahlarda açıq yerlər tapmaq vacibdir.

Foden? O, hər zaman bir məqsəd güdür. O, artıq 250 oyun keçirib və bu mövsüm vurduğu qollarla oyuna təsir etməyə başlayıb. Onun çox yaxşı statistikası var”.

Həmin kateqoriyadan