Bruno Teluşi: “Var gücümü ortaya qoyacağam”

Yeni transfer Bruno Teluşi “Neftçi”TV-yə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi var gücünü ortaya qoyacağını söyləyib:

“Belə bir komandaya gəldiyim üçün şadam. Sevinirəm ki, öz ənənəsi, titulları və tarixi olan klubun üzvüyəm. Yeni komandama kömək etmək üçün var gücümü ortaya qoyacağam.

Albaniyanın “Neftçi”dəki ilk təmsilçisi kimi komandanın uğurlu çıxışı üçün maksimum çalışacağam. Əlimdən gələn ən yaxşısını etməyə çalışacağam. Komandanın uğurlarında pay sahibi olmaq istəyirəm. Çalışacağam ki, “Neftçi” mümkün qədər çox qələbə və çempionluq qazansın”.

Həmin kateqoriyadan