Bu gün DÇ-2018-in püşkü atılır

Bu gün 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Allsport.az xəbər verir ki, püşkatma mərasimi Sankt-Peterburq şəhərindəki Konstantinovski sarayında baş tutacaq.

Azərbaycan yığması da mundialın seçmə mərhələsindəki rəqiblərini tanıyacaq. Millimiz Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova ilə eyni qrupda yer almaqdadır. Bu isə komandamızın sözügedən yığmalara rəqib olmayacağından xəbər verir.

Püşkatma səbətlərinin tam tərkibi belədir:

1-ci səbət: Almaniya, Belçika, Hollandiya, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Xorvatiya

2-ci səbət: Slovakiya, Avstriya, İtaliya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina

3-cü səbət: Ukrayna, Şotlandiya, Polşa, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan

4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Monteneqro, Estoniya

5-ci səbət: Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Azərbaycan, Litva, Moldova

6-cı səbət: Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San-Marino, Andorra

Qeyd edək ki, UEFA zonasından dünya çempionatına bütövlükdə mundiala ev sahibliyi edəcək Rusiya yığmasını çıxmaq şərtilə 13 komanda vəsiqə qazanacaq. 9 qrup qalibi birbaşa dünya çempionatında iştirak hüququ qazanacaq. Öz qruplarında ən yaxşı göstəriciyə malik ikinci yerin 8 sahibi isə öz aralarında pley-off oyunu keçirməklə növbəti 4 xoşbəxt vəsiqə sahibini müəyyənləşdirəcəklər.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan