“Bu gün futbol bizim üçün 2-ci plandadır”

“Sumqayıt”ın premyer liqanın 6-cı turunda “Zirə”ni 2:1 üstələyib. Allsport.az saytı xəbər verir ki, ev sahibilərinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bunu deyib:

“Döyüş bölgəsində olan əsgərlərimizə uğurlar arzu edirik. Həqiqətən də bu gün futbol bizim üçün 2-ci plandadır. Son günlərdə baş verən Gəncə hadisəsi də bizi çox üzdü.

Komandamı bu hadisələrin fonunda oyuna hazırlamaq çətin idi. Rəqib haqda ətraflı məlumata malik idik. Əzmkar komandadırlar və 10 xalı təsadüfən yığmayıblar. Maksimum çalışdıq ki, yaxşı oynayaq, qələbə qazanaq. Yolumuza inamla davam edəcəyik”.

Həmin kateqoriyadan