“Bu gün mövqe dəyişiklikləri öz bəhrəsini verdi”

5 fevralda “Kəpəz” premyer liqanın 21-ci turunda Qəbələdə “Araz-Naxçıvan”a 3:1 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Adil Şükürov bunu söylədi:

“Çox vacib oyun idi. Allaha çox şükür olsun ki, qələbə qazandıq. Azarkeşlərə də təşəkkür edirəm. Rəqib bizə çətinlik yatatdı. Azər Bağırov yaxşı komanda qurub

Söhbət zamanı davamlı olaraq futbolçulara özlərinə inanmalarını aşılayırıq. Bu gün mövqe dəyişiklikləri öz bəhrəsini verdi. Əsas hədəfimiz premyer liqada qalmaqdadır”.

Həmin kateqoriyadan