“Bu gün qalib gəldik, amma əsas qələbə xəbərlərini qarşıda eşidəcəyimizə inanırıq”

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov premyer liqanın 6-cı turunda “Sabah”la oyundan sonra mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, o, bütün diqqətin cəbhəyə yönəldiyindən, futbolçuları oyuna kökləmək üçün çox səy göstərdiklərini deyib:

“İndiki vəziyyətdə oyun haqqında danışmaq çətindir. Bütün Azərbaycanın diqqəti cəbhədədir. Ürəyimiz onlarla döyünür. Bütün məşqçilər üçün futbolçuları matça kökləmək çətin olur, amma bunun üçün əlimizdən gələni edirik.

Oyun qurtarıb, yenə diqqətimiz cəbhədədir. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuza qüvvət versin. Bu gün qələbə qazandıq, amma əsas qələbə xəbərlərini qarşıda eşidəcəyimizə inanırıq.

Matça gəlincə, çətin olacağını bilirdik. Rəqibi analiz etmişdik, “Sabah”ın heyətində yaxşı futbolçular var. Futbolçularımız tapşırıqların öhdəsindən maksimum gəlməyə çalışdılar, meydanda döyüşdülər. Onlari təbrik edirəm”.

Həmin kateqoriyadan