“Bu komandaya aşağı yerlər yaraşmır”

Bu gün “Qəbələ” premyer liqanın 14-cü turunda evdə “Turan Tovuz”a 4:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “qara-qırmızılar”ın baş məşqçisi Elmar Baxşiyev bunu dedi:

“Maraqlı oyun oldu. Matçda rəngarəngliyi tələb edirdim. Sevinirəm ki, meydanda istədiyimizi tətbiq edə bildik.

Daha çox üstün oyun nümayiş etdirməyə çalışırıq. Hər zaman bu alınmır. Bu gün yaxşı çıxış etdik. Oyunu rəqibə görə qururuq.

Oyun planında çox artırmalıyıq. İnanıram ki, zamanla artıracağıq. Potensialımız var. Bu komandaya aşağı yerlər yaraşmır”.

Həmin kateqoriyadan