“Bu nəticə qarşıdakı oyunlara ruh yüksəkliyi verə bilər”

“Bu oyuna daha inamla hazirlaşmışdıq. Rəqibin mübariz olduğunu bilirdik. Bizə nisbətdə, üst sıralarda qərarlaşıb. Bu üzdən bütün gücü ortaya qoyub xal almağı düşünürdük”.

Allsport.az saytı xəbər verir ki, bunu premyer liqanın 21-ci turunda evdə “Zirə” ilə 1:1 edən “Qəbələ”nin futbolçusu Nicat Əliyev dedi. 23 yaşlı müdafiəçinin sözünə görə, onlar 3 xal üçün çıxmışdılar, amma sonda heç-heçə də qənimət sayılmalıdır:

“Bu nəticə qarşıdakı oyunlara ruh yüksəkliyi verə bilər. 2-ci yarıda önə keçmək üçün irəli atıldıq. Bu üzdən arxada boşluqlar verdik. “Araz Naxçıvan”la kubokun 1/4 finalın cavab matçına da gücümüz var”.

Həmin kateqoriyadan