“Ölkə çempionatı bizə yeni nəslin yetişməsi barədə yüksək ümidlər verdi”

Bakı atıcılıq mərkəzində stend atıcılığı üzrə ölkə kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, atıcılıq federasiyasının vitse-prezidenti, olimpiya çempionu Zemfira Meftəhəddinova (şəkildə sağda) yarışı belə şərh edib:

“Həm güllə, həm də stend atıcılığı üzrə ölkə çempionatı bizə yeni nəslin yetişməsi barədə yüksək ümidlər verdi. Atıcılığın özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, bu növlə uşaq yaşlarından məşğul olmaq lazım deyil.

Belə üstünlük bizə imkan verir ki, yeniyetmələr arasında bu istiqamətdə istedad və bacarığı olanları aşkarlayıb, ölkəmizi beynəlxalq yarışlarda təmsil etməyə hazırlayaq”.

Həmin kateqoriyadan