“Bu oyunun gələcək qələbələr üçün təkan olacağını düşünürəm”

Premyer liqanın 10-cu turunda “Sabah” evdə “Səbail”ə 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Visente Qomes mətbuat konfransında bunu deyib:

“Oyunun böyük hissəsində nəzarət bizdə idi. Çoxlu qol fürsətlərimiz olsa da, yalnız ikisindən istifadə edə bildik. Təəssüf ki, son dəqiqədə penaltidən qol buraxdıq.

Bu oyunun gələcək qələbələr üçün təkan olacağını düşünürəm. Ancaq artıq bu matçı unudub, “Keşlə” ilə qarşılaşmanı düşünməliyik. Komanda oyundan-oyuna inkişaf etməlidir”.

Həmin kateqoriyadan