“Bu qələbə çoxdan olmalıydı”

“Qəbələ” premyer liqanın 5-ci turunda evdə “Zirə”ni 1:0 üstələdi. Bu oyunda qapıda ilk dəfə Rəşad Əzizli dayandı. O, ötən mövsüm “Şamaxı”nın uğurları üçün çalışıb. 29 yaşlı qolkiper allsport.az saytına açıqlamasında yeni klubunda debütünü dəyərəndirdi:

“Bu qələbə çoxdan olmalıydı. Sadəcə, bəxtsizlik və səhvlər buna imkan vermirdi. Bu dəfə toparlanıb öz oyunumuzu tapmalıydıq.

Baş məşqçi bu görüşdə qapıda mənə fürsət verdi. Mən də maksimum çalışdım. Allah qoysa, gələcək oyunlarda bunun davamını gətirməliyik ki, sonda medalçılar sırasın düşək. Çünki “Qəbələ” həmişə iddialı və yüksək yerlərdə olub”.

K.HACI, Qəbələ

Həmin kateqoriyadan