“Bu rəqibə qarşı oynamaq hər zaman çətin olur“

Premyer liqanın 19-cu turunun son oyununda “Araz-Naxçıvan” səfərdə “Qarabağ”a 1:3 məğlub olub.

Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Azər Bağırov matç haqda danışıb:

“Maraqlı oyun oldu. Fasilədən sonra ilk görüşlər çətin keçir. 3-cü və 4-cü dövrdə maraqlı oyunlar izləyəcəyik. Qış fasiləsi zamanı komandalar heyətlərini gücləndirib. Nəzərə alaq ki, bu gün “Qarabağ”a qarşı oynadıq. Bu rəqibə qarşı oynamaq hər zaman çətin olur. Komandamdan və heyətə yeni qoşulan oyunçulardan razı qaldım. “Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzulayıram.

Boşluqlarımız hücum xətti ilə bağlıdır. 3-4 qol epizodu yaradır, amma yararlana bilmirik. Bu xətti gücləndirmək istərdik”.

Həmin kateqoriyadan