“Bu zərbəni vurarkən Allaha dua etdim ki, qol olsun”

“Qəbələ” premyer liqanın 21-ci turunda öz meydanında “Zirə” ilə 1:1 oynadı. Allsport.az saytı xəbər verir ki, “qara-qırmızılar”dan qolu hücumçu Ülvi İsgəndərov vurdu. 26 yaşlı futbolçu görüşdən sonra açıqlama verdi:

“Bir çoxu “Zirə” ilə matçlarda xüsusi qıcıq olduğunu deyir. Mən belə düşünmürəm. Hazırda yarış cədvəlində elə mövqedəyik ki, hər rəqibə qarşı aqressiv oynamalıyıq. Onsuz da itirəcəyimiz heç nə yoxdur.

Bu gün uzaqdan dəqiq zərbə ilə fərqləndim. Adətən qabağa çıxan qapıçıları belə vuruşlarla yoxlayıram. Ötən səfər də “Zirə”yə bu cür qol vurmuşdum.

Bu dəfə zərbəni vurarkən, tam dəqiq bilmədim qol olacaq, ya yox. Sadəcə, Allaha dua etdim ki, qol olsun (gülümsəyir).

Həmin kateqoriyadan