“Bunun da öhdəsindən gəldik”

“Sumqayıt” premyer liqanın 22-ci turunda səfərdə “Zirə” ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi baş məşqçisi Samir Abbasov bunu açıqlayıb:

“Komandamı təbrik edirəm. Hər iki komandaya təşəkkür edirəm ki, oyunun sonuna kimi bizi gərginlikdə saxladılar. İndiyə kimi bu qədər sıx, mücadilə dolu oyuna rast gəlinməyib. Bir səhv matçın müqəddəratını həll edə bilərdi.

İnanmıram ki, qol buraxsaydıq geridönüş edə bilərdik və ya qol vursaydıq qələbəni əldən verərdik. Əsas məqsədimiz səhv etməmək idi. Hər iki komanda eyni oynadı. Bu gün məqsəd uduzmamaq idi.

Bunun da öhdəsindən gəldik. Yorğunluğa baxmayaraq futbolçular var güclərini qoymuşdular. Bizim kimi komanda üçün səfərdə “Zirə”dən 1 xal almaq pis nəticə deyil”.

Həmin kateqoriyadan