Cənubi afrikalı futbolçu: “Azərbaycana gəlməkdə tərəddüd edirdim”

“Səbail”in cənubi afrikalı futbolçusu Hendrik Ekşteyn açıqlama verib. Allsport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi mövsümün əvvəlində “Sabah”a keçərkən tərəddüd etdiyini söyləyib:

“Bir neçə aydır Azərbaycandayam. Ən çox atam, ailəm və dostlarım üçün darıxıram. Açığı, “Sabah”a keçmək istəmirdim. Çünki Bakı haqqında heç bir məlumatım yox idi. Amma sonra bir qədər düşündüm və karyeramda yeni səhifə açmağa qərar verdim. Dino Ndlovunun “Qarabağ”ın heyətində böyük turnirlərdə oynaması və titullar qazanması da qərarıma təsir etdi”.

Hendrik Ekşteyn ötən yay “Sabah”a keçsə də, qış fasiləsində onunla yollar ayrılmışdı. Cənubi afrikalı oyunçu sonra “Səbail”lə müqavilə imzalamışdı.

Həmin kateqoriyadan