Cənubi afrikalı futbolçu: “Səbail”də oynamağımı istəyən şəxs Maykl Essyen oldu”

“Səbail”in yarımmüdafiəçisi Hendrik Ekşteyn qış fasiləsində komandaya transfer olmağından danışıb. Allsport.az “TheCitizen” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu paytaxt klubuna keçidində komandanın ulduz futbolçusu Maykl Essyenin rolu olduğunu deyib:

“Hər futbolçunun xəyalı sevdiyi oyunçularla birgə oynamaqdır. Əslində, mənimlə əlaqə yaradıb, “Səbail”də oynamağımı istəyən Essyen oldu. Çox təəccübləndim. Essyendən telefon zəngi aldığım üçün qürurlandım. Bu, mənim üçün böyük əhəmiyyət daşıyırdı, çünki işimin nəzərə alındığını fərq etdim. Essyen ən böyük klublarda oynadı və çoxlu titul qazandı. 

Onun eyni komandada olmaq, çalışmağa davam etmək və fürsət düşdükcə oynamaq motivasiyadır. Essyen hər zaman mənimlə danışır. Mənə necə inkişaf edəcəyimi söyləyir. Onun kimi futbolçudan tövsiyə almaq çox gözəldir və xoşbəxtəm”.

Həmin kateqoriyadan