FOTO
Dünyanın ən seksual futbolçusuna pul qarşılığında yatmağı təklif ediblər. Məbləğ onu qane etməyib: “Çox az!”

Alişa Lehman rəsmi olaraq planetin ən seksual idmançısıdır.

Allsport.az xəbər verir ki, “Spin Genie” şirkəti tərəfindən 2023-cü ildə aparılan bir araşdırmaya əsasən, digər qadın idmançılara nisbətən Alişanın adınının “hot” (İngilis dilindən tərcümədə alovlu) sözü ilə birlikdə “Quqlda”da daha çox axtarıldığı müəyyənləşib.

Tədqiqat 2 illik dövrü əhatə edib: bu müddət ərzində insanlar internetdə Lehmanın “hərarətli” fotolarını demək olar ki, 500 min dəfə axtarıblar. İsveçrəlinin ən yaxın izləyicisi, İngiltərədən olan tennisçi Emma Radukanunun 360 min axtarış sorğusu var.

Sosial şəbəkələrdə geniş populyarlıq Lehmana “Aston Villa”ya keçdikdən və Birmingem klubunun ən yaxşı oyunçularından biri, braziliyalı Duqlas Luizlə görüşməyə başlayandan sonra gəlib. 2023-cü ilin əvvəlində cütlük ayrılıb. Lakin futbolçunun həyatında kişilərin artan diqqəti getməyib. Öz podkastının aparıcısı olan alman rep müğənnisi Şirin Devidi ziyarət edərkən, Lehman etiraf edb ki, çox məşhur bir şəxs ona pul qarşılığında cinsi əlaqə təklif edib:

“Mən sevimli Mayamiyə gəldim və klubda dostlarla görüşdük”. Mən birbaşa mesaj aldım, ona cavab vermədim, amma sonra həmin şəxs mənim cangüdənimə birbaşa mesaj yazıb. Bu, çox məşhur bir şəxsin mesajı idi. O, yazıb: “Mən Alişaya onunla gecələmək üçün 100 min İsveçrə frankı ödəyəcəm”.

Cavabım belə oldu: olmaz! Üstəlik, yalnız 100 min? Dəlilikdir, amma bu adamın mesajı hələ də birbaşa mesajımda asılır. Bir az axmaqdır. O kimdir, futbolçudur? Adını deyə bilmərəm. Amma o, beynəlxalq aləmdə çox, çox yaxşı tanınır”.

Həmin kateqoriyadan