Cazibədar həyat yoldaşı Rusiya klubuna keçidə əngəl oldu, “Moskva” əfsanəsiz qaldı

Rusiya klubları ölkə çempionatına dünya səviyyəli ulduzları cəlb etməyə çalışması bir neçə ildir ki artıq qeyri-adi hal deyil.

Allsport.az xəbər verir ki, tarix boyu Roberto Karlos, Samuel Eto, Andre Şürle kimi tanınmış futbolçular bu çempionatında çıxış ediblər. Lakin çox vaxt məşhurlar “uzaq və soyuq ölkə”də ciddi pul qarşılığında belə getmək istəmirlər.

Bir vaxtlar həm “Real Madrid”də, həm də “Barselona”da oynamış məşhur hücumameyilli yarımmüdafiəçi Luiş Fiqonu, Rusiya premyer liqasında gətirməyə çalışırdılar. Hazırda fəaliyyətini dayandırmış Moskva FK 2000-ci illərin ortalarında belə cəsarətli bir transfer etməyə cəhd göstərdi.
Tərəflər arasında hər bir razılıq əldə olunmuşdu, lakin sonda portuqaliyalı ulduzun həyat yoldaşı hər şeyə əngəl oldu. Məşhur isveçli model Helen Svedin, Fiqoya – “Ya Milana keçəcəksən, ya da mən İsveçə qayıdıram” dedikdən sonra, Fiqo düşünmədən Rusiya klubunun təklifini rədd etməli olub.

Luis, şübhəsiz ki, qərarından peşman olmadı. Evliliyi onu transfer etməyə çalışan futbol klubunun varlığından daha uzun sürdü. “Moskva” çoxdan dağıldı, lakin Fiqu və Helen, Milanda birlikdə yaşamağa və uşaq böyütməyə davam edirlər.

Həmin kateqoriyadan