Çeferin: “Karyerasının sonunda futbolçu almaq futbolu inkişaf etdirmir”

Allsport.az xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin, Səudiyyə Ərəbistanı klublarının yaşlı ulduzlara pul xərcləmələrinin səhv olduğunu hesab edir.

“Oraya oyunçuların getməsindən qorxuram? Yox. Düşünürəm ki, bu, Səudiyyə futbolunun günahıdır.

Problemi harada görürəm? Onlar akademiyalara sərmayə qoymalı, məşqçilər gətirməli və oyunçularını inkişaf etdirməlidirlər. 

Karyerasının sonunda futbolçu almaq futbolu inkişaf etdirmir. Eyni səhv Çində də karyerasını başa vuran oyunçuları komandaya gətirəndə də edilib” – Çeferin bildirib.

Həmin kateqoriyadan