- Baxış sayı: 42
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 146
- Sentyabr 23, 2026
- 0

“Borussiya Dortmund” növbəti dəfə Karni Çukvuemekanın transferi üçün “Çelsi” ilə danışıqlara başlayıb.
Allsport.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçinin özü də bu keçiddə maraqlıdır.
“Çelsi” 21 yaşlı futbolçunu birdəfəlik satmağa çalışır.
2022-ci ildə “Aston Villa”dan “Çelsi”yə keçən Çukvuemeka stabil oyun praktikası əldə etmir. O, ötən mövsüm 22 oyuna çıxıb və 1 qol vurub.