Şərikli rekord

Premyer liqada (əvvəlki güclülər dəstəsi) ardıcıl böyükhesablı qələbələr seriyasında rekord 5 oyundan ibarətdir. Allsport.az xəbər verir ki, buna iki komanda nail olub.

“Neftçi” 1996/97 mövsümündə, “Qarabağ” isə 17 il sonra ardıcıl 5 matçda üç və ya daha çox top fərqi ilə qalib gəlib. Lakin “ağ-qaralar”ın seriyası zamanı vurulan və buraxılan topların fərqi daha böyükdür.

Bundan başqa, daha 4 dəfə eyni komanda 4 belə qələbəni sıralayıb. Bu seriyalardan da ikisi “Qarabağ”a məxsusdur.

Böyükhesablı qələbə seriyaları:
1. “Neftçi” – 5 qələbə, top fərqi – 32:4 (1996/97)
2. “Qarabağ” – 5 qələbə, top fərqi – 17:1 (2013/14)
3. “Kəpəz” – 4 qələbə, top fərqi – 19:1 (1998/99)
4. “Şəfa” – 4 qələbə, top fərqi – 18:1 (2003/04)
5. “Qarabağ” – 4 qələbə, top fərqi – 17:2 (2003/04)
6. “Qarabağ” – 4 qələbə, top fərqi – 13:0 (2018/19).

Həmin kateqoriyadan