Çempionlar liqasında koronavirusa görə texniki yenilgi verildi

UEFA çempionlar liqasının ilkin təsnifat mərhələsində “Linfild”lə oyun öncəsi iki futbolçusu koronavirusa yoluxan “Drita”ya texniki məğlubiyyət verib. Allsport.az xəbər verir ki, Kosovo təmsilçisi Şimali İrlandiya klubunu avqustun 11-də qəbul etməli idi.

Lakin meydan sahiblərinin iki futbolçusunda Covid-19 aşkarlandığı üçün komanda karantinə alınmışdı. UEFA açıqlamasında “Drita”ya 0:3 hesablı texniki məğlubiyyət verildiyini və “Linfild”in I təsnifat mərhələsinə yüksəldiyini qeyd edib.

“Linfild” I təsnifat mərhələsində Polşa çempionu “Legiya” ilə qarşılaşacaq.

Həmin kateqoriyadan