Çempionlar liqasının finalı ilk dəfə Avropadan kənarda keçirilə bilər

2023/2024 mövsümündə çempionlar liqasının finalı ABŞ-da baş tuta bilər. 

Allsport.az xəbər verir ki, UEFA bununla bağlı danışıqlara başlayıb. ÇL-in finalının Nyu-Cersidə yerləşən “MetLife” stadionunda keçirilməsi planlaşdırılır. Danışıqlar baş tutsa, ÇL-in finalı ilk dəfə Avropadan kənarda baş tutacaq.

Bu mövsüm final Türkiyənin İstanbul şəhərində keçiriləcək. 2021-ci ildə finala Rusiyanın Sankt-Peterburq, 2022-ci ildə Almaniyanın Münhen, 2023-cü ildə isə İngiltərənin paytaxtı London sahiblik edəcək.

Həmin kateqoriyadan