Çerçesovla müqavilə uzadılıb

Allsport.az xəbər verir ki, “Ferensvaroş” rusiyalı baş məşqçisi Stanislav Çerçesovla müqaviləni uzadıb. Bu barədə o özü bildirib:

“Klub müqaviləni daha bir il, 2024-cü ilin yayına qədər uzatmaq variantını aktivləşdirib. İndi Macarıstan çempionatını uğurla başa vurmaq üçün hər şey edilməlidir və turnirin sonunda rəhbərliklə növbəti mövsümə qədər heyətin gücləndirilməsi məsələsini yenidən müzakirə edəcəyik”.

Çerçesov 2021-ci ilin dekabrından “Ferensvaroş”a baş məşqçilik edir. Ötən mövsüm onun komandası Macarıstan çempionatının və ölkə kubokunun qalibi olub.

Həmin kateqoriyadan