- Baxış sayı: 36
- 09 Noyabr 2026 21:18
- Baxış sayı: 152
- Noyabr 09, 2026
- 0

“Qvadalaxara” Meksikanın bütün zamanların ən yaxşı bombardiri, Çiçarito kimi tanınan Xavyer Hernandes ilə müqavilə imzaladığını elan edib.
Allsport.az xəbər verir ki, 35 yaşlı hücumçu noyabrda “LA Qalaksi”dən ayrıldıqdan sonra Meksika klubuna azad agent kimi keçib.
Çiçarito 2006-2010-cu illərdə “Qvadalaxara”da çıxış edib. Ernandes komandadan ayrıldıqdan sonra “Mançester Yunayted”, “Real Madrid”, “Bayer Leverkuzen”, “Vest Hem” və “Sevilya” kimi klubların rənglərini qoruyub.