- Baxış sayı: 40
- 03 Noyabr 2026 17:24
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Asiya kubokunun 1/4 finalında İran millisi səfərdə Çin futbolçuları ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, cənub qonşumuzun 3:0 qələbə qazandığı oyunda xoş məqam diqqət çəkib.
Görüşün uzatmasında sonuncu qolu 86-cı dəqiqədə meydana çıxan “Nottingen Forest” klubunun azərbaycanlı hücumçusu Kərim Savalan (Ənsarifərd) vurub. Bu zaman güneyli şərhçi sevincindən “Yaşasın Azərbaycan” qışqırıb.
İran yarımfinalda Yaponiya ilə görüşəcək.