- Baxış sayı: 41
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 219
- Noyabr 09, 2026
- 0

“Qarabağ”dan ayrılan Dani Kintana Çinin I Liqa təmsilçisi “Çendu Better Siti”nin düşərgəsində qoşulub.
Allsport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə 2020-ci ilin dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
2015-ci ildə “Qarabağ”a transfer olunan 32 yaşlı yarımmüdafiəçi Ağdam klubunda 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.