FOTO
Çingiz Abdullayev “Neftçi”nin düşərgəsində

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışını davam etdirən komandasının düşərgəsinə baş çəkib. Allsport.az xəbər verir ki, sədr hazırlıq prosesi və məşqlərin gedişatı ilə yaxından tanış olub.

Bir neçə gün Afyonda qalmaq niyyətində olan Çingiz Abdullayev bu müddət ərzində “Neftçi”nin yoxlama oyunlarını da izləyəcək.

Həmin kateqoriyadan