“Çox dinamik oyunla yaxşı qalibiyyət əldə olundu”

Azərbaycan premyer liqasının 16-cı turunda “Qarabağ” səfərdə “Sumqayıt”a 6:1 hesabı ilə qalib gəlib.

Allsport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında oyunla bağlı öz fikirlərini bölüşüb:

“İlk olaraq futbolçularımı təbrik edirəm, çox dinamik oyunla yaxşı qalibiyyət əldə olundu. Bizi də buna məcbur edən “Sumqayıt” oldu. İlk dəqiqələrdən çox yaxşı pressinqə çıxdılar. Oyunun tempi artdı. “Sumqayıt”a təşəkkür edirəm. Baxmayaraq ki, böyük hesablı qalibiyyət oldu. Çox istədik ki, oyundan çıxmayaq, amma bəzi anlarda oyundan qopduq. Hər bir halda oyun nizam-intizamını qoruyub saxlamayıq. “Sumqayıt”ın problemi çox idi bu gün. Çoxlu zədəli futbolçusu var idi. İstər-istəməz çətinlikləri var idi. Bununla belə maraqlı oyun alındı. Həm öz azarkeşlərimizə, həm də “Sumqayıt”ın azarkeşlərinə təşəkkür edirəm”.

Həmin kateqoriyadan