“Çox vacib üç xal əldə olundu”

Premyer liqanın XV turunun “Qarabağ” – “Qəbələ” oyunundan (3:0) sonra, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 51 yaşlı mütəxəssisin fikiri ilə tanış edir:

“Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal əldə olundu. Oyunçular çox zəhmət çəkdilər. Bəlkə hesab bizi bir az aldada bilər, amma oyun tam istədiyimiz kimi alınmadı. Maraqlı, azarkeşlər üçün baxımlı oyun oldu. Üç qol vuruldu, hər iki qapı önündə epizodlar yarandı. “Qəbələ”yə uğurlar arzulayıram. Son matçda da yaxşı performans göstərmişdilər. Bu gün də bunun şahidi olduq. İlk dəqiqələrdən hiss olunurdu ki, məğlub olmaq istəmirlər və sonadək mübarizə apardılar”.

Həmin kateqoriyadan