- Baxış sayı: 45
- 28 Sentyabr 2023 22:53
- Baxış sayı: 30
- Sentyabr 28, 2023
- 0
“Sabah”ın baş məşqçisi Murad Musayev premyer liqanın 6-cı turunda səfərdə “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra bunu söyləyib:
“Qarabağ” bizdən daha yaxşı idi. Layiqli qələbə qazandılar. Bu məğlubiyyətdə mənim günahım var, özümü günahkar hesab edirəm. David Volkovun çox qol epizodu olmur. Bu gün də olmadı, keçən oyunda da. Ötən mövsüm bombardirlərimiz cinah oyunçuları olub. Problem tək Volkovda yox, bütün futbolçulardadır.