- Baxış sayı: 21
- 07 Avqust 2026 11:58
- Baxış sayı: 190
- Avqust 05, 2026
- 0

“Səbail” yeni transferləri – Əfran İsmayılov, Kamran Ağayev və qvatemalalı qapıçı Nikolas Hageni peşəkar futbol liqasına sifariş edib. Allsport.az xəbər verir ki, Əfran 22, Kamran 1, Nikolas isə 96 nömrəli formanı seçib.
Bundan əlavə, Hagen PFL-də ABŞ vətəndaşlı kimi qeydiyyatdan keçib.
“Səbail” premyer liqanın 2-ci turunda “Zirə”ni qəbul edəcək. Qarşılaşma sentyabrın 12-si saat 19-00-da “ASKO Arena”da baş tutacaq.