“Dənizçilər”in 20-ci səfər məğlubiyyəti

“Səbail” premyer liqada 20-ci səfər məğlubiyyətini alıb. Allsport.az xəbər verir ki, bu, I turun “Neftçi” ilə oyununa təsadüf edib.

Aftandil Hacıyevin yetirmələri rəqib meydanında 1:2 hesabı ilə uduzub. Bu, komandanın 39-cu səfər görüşündə qeydə alınıb.

Bakılılar indiyədək rəqib meydanlarında 12 qələbə qazanıb və 7 dəfə heç-heçə edib. 2017/18 mövsümündən premyer liqada çıxış edən paytaxt təmsilçisi 4-cü dəfə yarışa qatılıb.

“Səbail” ölkə çempionatları tarixində səfərdə 20 və daha çox oyunda uduzan 39-cu komandadır. Antirekord isə 139 dəfə məğlub olan “Turan”a məxsusdur.

Həmin kateqoriyadan