“Dənizçilər”in yeni hücumçusu

“Səbail” növbəti transferini reallaşdırıb.

Allsport.az xəbər verir ki, Bayıl təmsilçisi Ayub Timbe Masika ilə anlaşıb.

Premyer liqa klubu bu forvardla 1,5 illik müqavilə imzalayıb. Timbe son dəfə “Nanjinq Siti”nin formasını geyinib.

Qeyd edək ki, 32 yaşlı keniyalı hücumçu karyerası ərzində “Genk”, “Lyers”, “Ridinq”, “Vissel Kobe” və “Buriram Yunayted” kimi klubların formasını geyinib. O, Keniya yığmasının heyətində 24 oyuna 4 qol vurub.

Həmin kateqoriyadan