“Dəstək sizdən, nəticə bizdən”

Premyer liqanın 21-ci turunda “Sumqayıt” evdə “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov oyun haqda danışıb:

“Bugünkü qələbəyə görə mən klubda söz deyəcək axırıncı adamam. Məndən olsaydı, futbolçularımın hamısının konfransda olmasını istərdim. Onlar bu gün qələbə üçün hər şeyi etdilər. Həm “Sumqayıt”, həm də “Neftçi” azarkeşlərinə təşəkkür edirəm. Oyun ritmini saxladılar. Azarkeşlərə səslənirəm. Əvvəl deyirdiz ki, oyun olsun, biz də gələk. İndi oyun da var, nəticə də. Dəstək sizdən, nəticə bizdən”.

Həmin kateqoriyadan