Dabo 40-a çatdı

Neftçi” futbolçusu Baqali Dabo premyer liqada 40-cı qolunu vurub. Allsport.az xəbər verir ki, fransalı hücumçu yubiley qoluna 18-ci turun “Qəbələ” ilə səfər matçında (2:0) imza atıb.

Ölkə çempionatında 2016/17 mövsümündə debüt edən 31 yaşlı futbolçu 40-cı qolunu 82-ci matçında vurub.

2 mövsüm oynadığı “Qəbələ”də 43 oyuna 20 dəfə fərqlənən Baqali sabiq klubunun qapısına yol tapmaqla “Neftçi”dəki qol sayını da 20-yə çatdırıb. O, paytaxt klubunda 39-cu matçda bunu bacarıb.

Həmin kateqoriyadan