- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Neftçi”dən ayrılan Baqali Dabo sosial şəbəkə hesabında azarkeşlərlə vidalaşıb. Allsport.az xəbər verir ki, Seneqal əsilli fransalı hücumçu Azərbaycanda keçirdiyi 4 ili unutmayacağını deyib:
“Təşəkkürlər, Azərbaycan! Burada keçirdiyim 4 il ərzində yaşadığım hər anı unutmayacağam. Hər şeyin yaxşısını arzulayıram və bilirəm ki, Azərbaycan gələcəkdə daha da məşhurlaşacaq”.
31 yaşlı hücumçu 2018-ci ildə “Qəbələ”dən “Neftçi”yə keçmişdi.