Dadaşovdan daha bir qol

ABŞ 2-ci liqasında 10-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Rüfət Dadaşovun formasını geyindiyi  “Finiks Rayzinq” səfərdə “Reno”ya 1:2 hesabı ilə uduzub.

Dadaşov 64-cü dəqiqədə meydana daxil olub və 77-ci dəqiqədə komandasının yagenə qolunu vurub. Bu, onun mövsümdə 7-ci qolu olub.

“Finiks Rayzinq” 20 xalla B qrupunda liderdir.

Həmin kateqoriyadan