- Baxış sayı: 31
- 27 Aprel 2024 12:09
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Azərbaycanın veteran futbolçusu Elbrus Abbasov vəfat edib. Allsport.az saytı xəbər verir ki, “Neftçi”nin və “Qarabağ”ın keçmiş hücumçusu koronavirusdan dünyasını dəyişib.
Onun cari ilin yanvarında 70 yaşı tamam olub. 1976-cı ildə “ağ-qaralar”ın heyətində 25 qol ilə SSRİ 1-ci liqasının ən məhsuldar oyunçusu olub. Əslən Ağdamdan olan Elbrus bəy 90-ci illərdə “Qarabağ”ın baş məşqçisi kimi fəaliyyət göstərib.
Ötən həftə eyni səbəbdən “Turan” klubunun keçmiş prezidenti Namiq Məstanov bu dünya ilə vidalaşıb.