“Daha çox yerli mütəxəssis yetişdirmək və Azərbaycanda ekspert komandası qurmaq istəyirəm”

“Kaspian Sport və Landscape” şirkətin baş aqronomu Filip Şarples, vaxtilə Qəbələ şəhər stadionunda təbii ot örtükləri üzrə baş mütəxəssis olub. Allsport.az saytı xəbər verir ki, o, Bakıda bir sıra idman qurğularında da eyni vəzifəni tutub. İngiltərəli aqronom yenidən “Qəbələ” idman klubu ilə əməkdaşlıq etməsinə sevindiyini deyib:

“Yenidən Azərbaycanda olmağıma şadam. Burada olan dostlarımın dəvəti ilə Bakıya gəldim. Azərbaycanda belə bir şirkətin yaradılması ilə bağlı təklifi gerçəkləşdirdik. Sevindiricidir ki, şirkətimizin əməkdaşlıq edəcəyi ilk klub vaxtilə çalışdığım “Qəbələ” oldu.

Bu klubda işləmişəm, ot örtüyü üzrə bir çox mütəxəssis yetişdirmişik. Onlar hazırda Gürcüstan və Türkiyədə fəaliyyət göstərirlər. Daha çox yerli mütəxəssis yetişdirmək və Azərbaycanda ekspert komandası qurmaq imkanını səbirsizliklə gözləyirəm.

Ən yaxşı səviyyədə çalışacağıq ki, Azərbaycandakı meydançaların ot örtüyü yüksək tələblərə, beynəlxalq standartlara uyğun olsun və bu stadionlarının durumu televiziyada gözəl nümayiş edilsin”.

Həmin kateqoriyadan