Zorlamaya görə həbsə düşən Dani Alveş həyat yoldaşına məktub yazıb

Təcavüzdə şübhəli bilinən və həbs olunan Dani Alveş ondan boşanmaq qərarına gələn həyat yoldaşına məktub yazaraq məyusluğunu ifadə edib. Allsport.az xəbər verir ki, məktubda bu sözlər qeyd olunub:

“Əziz Joanna. Demək olar ki, 8 ilə yaxın böyük sevgimiz, hörmətimiz olub. Xüsusən də son illərdə sənin yanında hər şey daha asan və daha xoş görünürdü. Bizim uşaqlarımız Dani Filho və Viktoriya mənim başıma gələn ən yaxşı şeydir.

Tanış olduğumuz gündən birlikdə böyümüşük. İlk dəqiqədən birlikdə həyata başladıq. Biz bu illər ərzində bir-birimizi müşayiət etdik, bir-birimizin həyatını gücləndirdik, bəzədik. İndi, bu çətin zamanda belə qərar verdiyin üçün təəssüflənirəm və ümid edirəm ki, həyat sənə daha bir şans verəcək.

Mən düşmüş olduğumuz haqsız vəziyyətin yaratdığı ağrıları başa düşürəm. Anlayıram ki, sən bütün bu təzyiqlərə tab gətirə bilməzsən. İttiham edildiyim faktlar mənə və həyatımı istiqamətləndirən dəyərlərə yaddır: sevgi, hörmət və çalışqanlıq.

Həmişə olduğu kimi, özümə inanaraq, həqiqətən kim olduğumu bilənlərin dəstəyinə və etibarına arxalanaraq mübarizəmi davam etdirəcəyəm. Tezliklə günahsız olduğumu bütün dünyaya sübut edəcəyəm”.

Həmin kateqoriyadan