Dani Alveş ifadələrində yalan danışdığını etiraf edib

Yanvarın 20-də İspaniyanın Barselona şəhərində bir diskotekada bir qadına cinsi təcavüzdə günahlandırılan braziliyalı futbolçu Dani Alves ilk ifadələrində yalan danışdığını açıqlayıb.

Allsport.az xəbər verir ki, təxminən 3 aya yaxındır həbsdə olan və mühakimə olunmaq tələbi bir dəfə rədd edilən Alves öz istəyi ilə 2-ci dəfə məhkəmə qarşısına çıxıb.

Futbolçu öz izahatında belə deyib: “Arvadımdan xəyanətimi gizlətmək və arvadımı qorumaq üçün ilk ifadəmdə yalan danışdım”.

Braziliyalı futbolçu ilk dəfə onu cinsi təcavüzdə ittiham edən 23 yaşlı qadınla cinsi əlaqədə olduğunu etiraf etsə də, bunun hücum deyil, qarşı tərəfin razılığı ilə olduğunu müdafiəsində deyib.

Həmin kateqoriyadan