Dani Alveş: “Xahiş edirəm, məni unut”

Dani Alves “Barselona” gecə klubunda qıza təcavüz etməkdə şübhəli bilinərək yanvar ayından həbsdədir.

Allsport.az xəbər verir ki, “Barselona”nın keçmiş futbolçusunu 12 ilə qədər həbs cəzası gözləyir.

Mətbuat konfranslarının birində Xavidən hadisəni şərh etməyi xahiş etdilər:

“Dani Alveş haqqında xəbər məni təəccübləndirdi, heyrətləndirdi və şoka düşdüm. Mənim ona yazığım gəlir. Mən təəccüblənirəm”.

Daha sonra Kataloniya klubunun baş məşqçisi dediyi sözlərə görə üzr istəməli olub:

“Sözlərim yanlış başa düşüldü, bəlkə də özümü kifayət qədər aydın ifadə etmədim. Zərərçəkənin adını çəkmədim, amma hesab edirəm ki, Dani və ya başqası olsun, bu cür cinayət məsuliyyətə cəlb edilməlidir”.

Məlum olub ki, Xavinin sözləri Alveşin saxlandığı həbsxanaya çatıb. Dani baş məşqçinin sözlərinə belə cavab verib:

“Xavi mənim ömürlük dostumdur. Bunu deyəndə hansı nəticələrlə üzləşəcəyini düşünmürdü. Onun sözlərini eşidəndə ağladım. Telefonu götürüb ona zəng edib demək istəyirdim: “Sağ ol, amma bir daha belə etmə. Heç nə demə. Xahiş edirəm, məni unut, mən özümlə məşğul olacam”.

Həmin kateqoriyadan